Bank Of Baku

Azərbaycanda daha bir ana doğuş zamanı ölüb - VİDEO

Azərbaycanda daha bir ana doğuş zamanı ölüb - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 09:34 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş verib. Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Əhmədağa qızı Şıxəliyeva səhər saat 7.45 radələrində xəstəxananın Doğum Şöbəsinə qəbul olunub, 8.15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib.

 

Doğum Şöbəsinin müdiri Yeganə Nəhmətova APA-ya faktı təsdiqləyib.

 

Ramilə Şıxəliyevanın meyiti hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsində müayinə olunur.

 

Məlumata görə, bu, qadının ikinci hamiləliyi olub.

 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR