Bank Of Baku

Azərbaycanda MDB ölkələri gənc şərqşünaslarının 2-ci qurultayı keçirilir - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Azərbaycanda MDB ölkələri gənc şərqşünaslarının 2-ci qurultayı keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 noyabr 2013 06:56 (UTC +04:00)

APA-nın məlumatına görə, qurultay Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli ELmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda keçirilir.

 

Qurultayda AMEA prezidenti Akif Əlizadə, Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, SAM direktoru Fərhad Məmmədov, Rusiya ELmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Elqena Molodyokova və digər şəxslər iştirak edirlər.

 

AMEA prezidenti A. Əlizadə çıxışında bildirib ki, ölkələr arasında gənclər tərəfindən birgə elmi konfransların keçirilməsi itmiş əlaqələrin bərpasına gətirib çıxarır: “Sovet İttifaqının dağılması ölkələr arasında bağları qırıb. Lakin təqdirəlayiq haldır ki, bu kimi tədbirlərlə bu bağlar bərpa olunur. Belə qurultayların təşkili də MDB ölkələrində elm aləmində gənc nəsillə yaşlı nəsil arasındakı əlaqələri möhkəmləndirir. Əminəm ki, bu məqsədlə qurultay dünya şərqşünaslığına öz töhfəsini verəcək”.

 

Bildirilib ki, qurultayda MDB-dən 70 gənc alimi iştirak edir.

 

Qurultay noyabrın 14-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR