Bank Of Baku

Azərbaycanda muzdla işləyənlərin əmək haqqı 7% artıb

Azərbaycanda muzdla işləyənlərin əmək haqqı 7% artıb
# 08 noyabr 2013 14:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı oktyabrın 1-nə 1 501,7 min nəfər olub və onlardan 898,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.


Məlumata əsasən, muzdla işləyənlərin 22,4%-i təhsildə, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,3%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,5%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,2%-i iqtisadiyyatın digər sahələrində məşğul olub. 


Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 415,0 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,9% çoxdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR