Bank Of Baku

Azərbaycanda uşaq istirahəti üzrə dövlət standartları müəyyənləşəcək

Azərbaycanda uşaq istirahəti üzrə dövlət standartları müəyyənləşəcək
# 08 noyabr 2013 15:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşəcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu standartlar yeni hazırlanmış “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsində öz əksini tapıb.

 

Yeni qanunun 6-cı maddəsinə əsasən, uşaq istirahəti üzrə dövlət standartları bunlardır:

- Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri;

- Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi yerləşdirilməsi normativləri;

- Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları;

 

Maddədə o da deyilir ki, uşaqların istirahəti üzrə xidmətlər dövlət standartlarının tələblərinə uyğun olaraq göstərilməlidir. Bundan başqa, uşaqların istirahəti üçün müəssisələrin maddi-texniki bazasına tələblər, müvafiq sanitar-gigiyenik normalar, texniki və yanğın təhlükəsizliyi tələbləri uşaqların istirahəti üzrə dövlət standartları nəzərə alınmaqla müəyyən edilir.

 

Qeyd edək ki, layihədə Azərbaycanda uşaqların istirahəti üçün müəssisələrin yaradılması da tələb olunur. Qanun layihəsi MM-in Sosial siyasət komitəsinin iclasında ilkin formada müzakirə olunaraq təkmilləşməsi üçün İşçi Qrupuna verilib. Layihənin bu sessiya Milli Məclisdə plenar müzakirəyə çıxarılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR