Bakı – APA-Economics. Bakı şəhəri Xətai rayonu Nobel prospektindən keçən 400 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır.
«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu işlərlə əlaqədar olaraq martın 1-də gün ərzində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abunəçilərdən üzr istəyir.