Bank Of Baku

BDU-da açılacaq Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin fəaliyyəti Türkiyə səfiri ilə görüşdə müzakirə olunub

BDU-da açılacaq Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin fəaliyyəti Türkiyə səfiri ilə görüşdə müzakirə olunub
# 01 mart 2013 11:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə səfiri İsmayıl Alper Coşkunu qəbul edib. APA-nın xəbərinə görə, görüşdə yaxın vaxtlarda BDU-da açılacaq Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə vurğulanıb ki, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin BDU-da yaradılması türk dilinin və mədəniyyətinin öyrənilməsi və təbliği üçün önəmli addımlardan biri olacaq.

 

Qeyd edək ki, ötən il Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatdıqdan sonra prezident İlham Əliyevin və baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub, o cümlədən “Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu” imzalanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR