Bakı. Aynur Əliyeva - APA. “Azərbaycan bütün beynəlxalq tədbirlərdə Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının mənəvi olaraq köhnəldiyini, onun təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə doğurduğunu bəyan edir”. APA-nın xəbərinə görə, bunu Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini icra edən Vüqar Hüseynov deyib.
V. Hüseynovun sözlərinə görə, beynəlxalq tədbirlərdə Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal edildiyi də daim xatırladılır: “Azərbaycan dövlətinin hazırda həmin əraziyə nəzarət etmədiyi qeyd olunur. Bu da öz növbəsində həmin ərazidə nüvə materiallarının, radioaktiv maddələrin qeyri-qanuni daşınmasına imkan yaradır”.