Bank Of Baku

Dövlət Kino-Foto Sənədləri Arxivinə Dövlət Xəzər Dəniz Gəmiçiliyi tərəfindən yeni sənədlər daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə Dövlət Xəzər Dəniz Gəmiçiliyi tərəfindən yeni sənədlər daxil olub
# 28 fevral 2013 09:43 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə Dövlət Xəzər Dəniz Gəmiçiliyi tərəfindən daimi saxlanılmaq məqsədi ilə 364 saxlama vahidi fotosənəd daxil olub. Milli Arxiv İdarəsindən APA-ya verilən xəbərə görə, fotosənədlər Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonrakı dövrə aiddir. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin təsisatlarının yenidən qurulması, yeni tankerlərin  istismara verilməsi, beynəlxalq  yükdaşımalar sistemində tərəfdaşlıq, Dəniz Akademiyasında kadr hazırlığı, təhsil mühiti, yük limanı məntəqəsinin istifadəyə verilməsi, Dəniz Vağzalının yenidən əsaslı qurulması, ölkə rəhbərliyinin Xəzər Dəniz Gəmiçiliyində strateji obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirakı, Kiyev şəhərində Minilliyin mükafatının təqdimatı fotosənədlərdə əks olunub.

 

Hazırda fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir və məzmununun qısa açıqlanması hazırlanır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR