Bank Of Baku

Gələn həftə İraqın təhsil naziri Azərbaycana gələcək

Gələn həftə İraqın təhsil naziri Azərbaycana gələcək
# 07 noyabr 2013 15:29 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Gələn həftə İraqın təhsil naziri Məhəmməd Kemin başçılıq etdiyi 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gələcək.

 

İraqın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd noyabrın 11-12-də Bakıda keçiriləcək “Uşaqlar və İslam dünyasında urbanizasiya problemləri” mövzusunda uşaq məsələlərinə məsul nazirlərin IV İslam konfransında iştirak etməkdir.

 

Qeyd edək ki, noyabr ayında bu, İraqdan Azərbaycana gələn 4-cü nümayəndə heyəti olacaq. Daha əvvəl ölkəmizə İraq Milli Məclisi, Strateji Araşdırma Mərkəzi və Mərkəzi Bankının nümayəndələri səfərlər edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR