Bank Of Baku

Masallı rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik ediləcək

Masallı rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik ediləcək
# 28 fevral 2013 09:31 (UTC +04:00)

 

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə komitə sədri Arif Rəhimzadə məlumat verib.

 

Layihəyə əsasən Masallı rayonunun tərkibində olan Dadva, Digah, İskəndərli və Seybəyin kəndləri, eyni zamanda Bambaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül və Təklə kəndləri ləğv edilərək Masallı şəhərinin tərkibinə daxil edilir. Eyni zamanda bu kəndlər dövlət reyestrindən çıxarılır. Bundan əlavə, Masallı şəhərinə yaxın olan 9 kəndin ərazisindən 600 hektar ərazi alınaraq şəhərin tərkibinə qatılır. Bununla da Masallı şəhərinin ərazisi 300 hektardan 2500 hektara qədər genişlənmiş olur. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR