Bank Of Baku

Moskvada humanitar mina təmizləməyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Moskvada humanitar mina təmizləməyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 06 noyabr 2013 09:47 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA.  Noyabrın 7 və 8-də Moskvada Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə təşkilatçılığı ilə humanitar mina təmizləməyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

 

APA-nın Rusiya FHN-in saytına istinadən verdiyi məlumata görə, konfransda humanitar mina təmizləmə, bu sahədə tələblər və problemlər müzakirə olunacaq, dünyada bu sektorda fəaliyyət göstərən qabaqcıl təşkilatlarla təcrübə mübadiləsi aparılacaq.

 

Konfransda hərbi və mütəxəssislər iştirak edəcəklər. Beynəlxalq konfransa Rusiya, Moldova, Azərbaycan, Belarus, İsveçrə, Norveç, Ukrayna, Ermənistan, Tacikistan, Dnestryanı, Cənubi Osetiya, və s. dövlətlərdən və münaqişə bölgələrindən nümayəndələr qatılacaq.

 

Azərbaycanı konfransda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat meneceri Samir Poladov təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR