Bakı. Ramil Məmmədli – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə birgə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfrans keçirib.
APA-nın məlumatına görə, FHN-nin fəaliyyət və istiqamətləri haqda tələbələr məlumatlandırılıb, mövzunun əhəmiyyətindən danışılıb.
FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri aspektləri” mövzusunda çıxış edib. O bildirib ki, dağınıq fəaliyyət göstərən mülki müdafiə qurumları H. Əliyevin təşəbbüsü ilə bir formatda cəmləşdirilib.
Daha sonra tələbələr mövzu ilə bağlı fikirlərini bildiriblər.