Bank Of Baku

Səyyar “ASAN xidmət” Ağdaşda fəaliyyətə başlayıb - VİDEO

Səyyar “ASAN xidmət” Ağdaşda fəaliyyətə başlayıb - <span style="color: red;">VİDEO
# 12 noyabr 2013 09:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidentinin  tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir. “ASAN xidmət”dən APA-ya verilən məlumata görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda  Sabirabad və Saatlı, Şamaxı şəhərində  Şamaxı, Qobustan və Ağsu,  Salyan rayonunda  Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda  Astara, Qəbələ rayonunda  Qəbələ , Kürdəmir rayonunda  Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran  şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda  Cəlilabad və Biləsuvar, İmişli rayonunda  İmişli,  Şəki şəhərində  Şəki və Oğuz, Ucar rayonunda Ucar və Zərdab, Mingəçevir şəhərində  isə Mingəçevir və Yevlax sakinlərinə    Səyyar “ ASAN  xidmət” göstərilib.

 

Cari ilin 11 – 22 noyabr  tarixində Ağdaş və Göyçay rayonlarının ümumi sayı 210000-dən çox olan sakini  Səyyar “ASAN  xidmət”dən  Ağdaş  şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

İndiyədək Səyyar “ASAN xidmət” çərçivəsində  19 məntəqədə 34  rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət”in göstərilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR