Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, M.Nəcəfova Təhsil Nazirliyinə 25 oktyabr 2013-cü il tarixində ərizə ilə müraciət edərək, səhhətindəki problemlə əlaqədar müalicəyə ehtiyacı olduğunu və bunun məktəb direktoru kimi vəzifə səlahiyyətlərini yerinə yetirməkdə çətinlik yaratdığını göstərib.
Onun sözlərinə görə, təhsil nazirinin müvafiq əmri ilə Mehriban Nəcəfovanın ərizədə göstərdiyi səbəb nəzərə alınaraq, 25 oktyabr 2013-cü il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.