SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunacaq.
APA xəbər verir ki, onunla vida mərasimi bu gün saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında olacaq.
Qeyd edək ki, o, ötən gün 93 yaşında vəfat edib.