Bank Of Baku

Yaponiya ukraynalı əsgərləri müalicə üçün qəbul edəcək

Yaponiya ukraynalı əsgərləri müalicə üçün qəbul edəcək
# 22 may 2023 05:21 (UTC +04:00)

Yaponiya tərəfi Ukraynaya 100 hərbi yük maşını və digər maşınlar, həmçinin Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbçilərinin istifadə etdiyi təxminən 30 min dəst ordu payı verəcək.

APA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Baş nazir Fumio Kişida bazar günü Xirosimada keçirilən danışıqlarda Ukrayna prezidenti Vladimir Zelenskiyə müvafiq vəd verib.

Hökumət başçısı həmçinin bildirib ki, Yaponiya yaralı Ukrayna əsgərlərini müalicə üçün qəbul etməyə başlayacaq.

Nazirlikdən bildirilib ki, baş nazir həmçinin Ukraynaya hərtərəfli dəstəyi, o cümlədən ölkənin infrastrukturunun bərpasına yönəlmiş dəstəyi davam etdirəcəyini vəd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR