Bank Of Baku

Yeddi ölkə Rusiya ilə gömrük nəzarətini gücləndirmək barədə razılığa gəlib

Yeddi ölkə Rusiya ilə gömrük nəzarətini gücləndirmək barədə razılığa gəlib
# 18 may 2023 01:46 (UTC +04:00)

Rusiya ilə sərhəddə nəzarət gücləndiriləcək.

APA xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Latviya, Litva, Norveç, Polşa, Finlandiya, İsveç və Estoniyanın gömrük orqanları tərəfindən nəzarət gücləndiriləcək.

Bu barədə Helsinki görüşündən sonra əldə olunmuş razılıqda bildirilir.

"Üç günlük müzakirələr sanksiyaların tətbiqi, icazələrin verilməsi (məsələn, ixrac lisenziyaları, maliyyə sanksiyaları üçün icazələr) və sərhədyanı dövlətlərin gömrük rəsmilərinin əlaqələndirilməsinə cavabdeh olan milli səlahiyyətli orqanları bir araya gətirdi. Nümayəndələr Rusiyanın qarşısının alınmasına yönəlmiş tədbirlərin gücləndirilməsi yollarını müzakirə etdilər", - deyə bəyanatda bildirilir.

Bu günə kimi 10 sanksiya paketi artıq qəbul edilib. Mayın 5-də Rusiyaya qarşı qarşıdan gələn 11-ci sanksiyalar paketi təsdiq olunmaq üçün Aİ ölkələrinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR