İştirakçılar öz nəticələrini əyani olaraq təsdiqləməsələr, müsabiqədən kənarlaşdırılırlar.
APA xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev onlayn mərhələndə kənardan kömək edilməsi ilə bağlı məsələyə aydınlıq gətirən zaman deyib. Onun sözlərinə görə, sosial şəbəkədə bu barədə söz-söhbət olsa da, indiyə qədər fakt təqdim edən olmayıb.
"İştirakçılara kənardan kömək olunması il bağlı sosial şəbəkədə müzakirələr getdiyini biz də bilirik. Müsabiqə iştirakçılarının nəticələrini sübut etməsi üçün şərt qoyulub. Əgər iştirakçı öz nəticəsinin 75%-ni əyani olaraq təsdiqləməsə, müsabiqədən uzaqlaşdırılır. 7 min adamın evində olub onları izləyə bilmirik, lakin həmin mərhələnin nəticəsini yoxlamaq üçün iştirakçılar dəvət edilir və eyni məkanda, eyni anda keçirilən imtahanda öz nəticələrini sübut etməlidirlər. Keçən il müsabiqədən uzaqlaşdırılanların sayı 60-a çatmayıb. Biz fakt varsa, təqdim etməklərini də bildirmişik, amma indiyə qədər fakt təqdim edən olmayıb", - deyə o qeyd edib.