Pekində ağırlıqqaldırma yarışlarında macar atletin qolu dirsəkdən sınıb

Pekində ağırlıqqaldırma yarışlarında macar atletin qolu dirsəkdən sınıb
# 14 avqust 2008 11:07 (UTC +04:00)
77 kiloqram çəkili idmançıların yarışında mübarizə aparan macar atlet 148 kiloqramlıq ağırlığı qaldıran zaman sağ qolu dirsəkdən qırılıb və ştanq ağırlıqqaldıranın belinə düşüb. Yerə yığılan idmançıya dərhal ilkin tibbi yardım göstərilib. İlkin tibbi yardımdan sonra xəstəxanaya aparılan 24 yaşlı atletin vəziyyətinin ağır olduğu bildirilir. Həkimlər onun uzun müddət yarışlardan kənarda qalacağını qeyd edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR