Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
# 24 noyabr 2016 09:39 (UTC +04:00)

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər NAzirliyindən APA-ya verilən xəbərə görə, lakin gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, Bakıda gecə 0-2° isti, gündüz 4-6° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 769 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli keçəcək. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR