AMEA Naxçıvan Bölməsi doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA Naxçıvan Bölməsi doktoranturaya və dissertanturaya qəbul elan edib
# 21 oktyabr 2015 09:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi 2015/2016-cı tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.

APA-nın məlumatına görə, Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul edilirlər.

Sənədlər 20 oktyabrdan 5 noyabradək qəbul ediləcək. Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya büdcə hesabına, qiyabi şöbəyə Azərbaycan ədəbiyyatı, Vətən tarixi və Müəssisələrin təşkili və idarə olunması ixtisasları üzrə hər ixtisasa bir yer ayrılıb. Elmlər doktoru hazırlığı üzrə doktoranturaya büdcə hesabına, qiyabi şöbəyə Arxeologiya, Vətən tarixi və Qeyri-üzvi kimya ixtisasları üzrə hər ixtisasa bir yer ayrılıb. Elmlər doktoru hazırlığı üzrə dissertanturaya büdcə hesabına, qiyabi şöbəyə Vətən tarixi və Yarımkeçiricilər fizikası ixtisasları üzrə hər ixtisasa bir yer ayrılıb. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi isə 5 ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR