Lerikin ucqar yaşayış məntəqəsində yeni məktəb binası istifadəyə verilib

Lerikin ucqar yaşayış məntəqəsində yeni məktəb binası istifadəyə verilib
# 08 dekabr 2015 18:47 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Dekabrın 8-də Lerik rayonunun Ambu kənd tam orta məktəbi üçün tikilmiş ikimərtəbəli, 180 şagird yerlik bina istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lerik Rayon İcra Hakimiyyəti (RİH) aparatının və Təhsil Nazirliyinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ağsaqqalları və sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov açaraq son 10 ildə bununla 49-cu yeni məktəb binasının istifadəyə verildiyini bildirib.

Mərasimdə çıxış edən Ambu kənd tam orta məktəbinin direktoru Tofiq Səfərov təhsilə göstərilən dövlət qayğısına və kənddə müasir tələblərə cavab verən məktəb binasının tikintisinə görə dövlət başçısı İlham Əliyevə kənd ictimaiyyəti adından minnətdarlığını bildirib.

Lerik RİH başçısının birinci müavini Cəlil Baxşıyev, Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək kənd sakinlərinə, məktəbin şagird və müəllimlərə yeni binanın açılışı münasibəti ilə təbriklərini çatdırıblar.

Əlamətdar hadisə münasibətilə qurbanlar kəsilib.

Sonda açılışı bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR