Qafqaz Universitetində I Beynəlxalq Tərcümə Forumu keçirilib

Qafqaz Universitetində I Beynəlxalq Tərcümə Forumu keçirilib
# 30 yanvar 2016 12:27 (UTC +04:00)

Bakı - APA. Qafqaz Universitetində birinci Beynəlxalq Tərcümə Forumu keçirilib. Universitetdən APA-ya verilən məlumata görə, forum Qafqaz Universiteti, Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzi, Azərbaycan Dillər Universiteti və "British Council" tərəfindən təşkil olunub.

"Tərcümənin Beynəlxalq Səviyyədə Tədrisi, var olan problemlər və həlli" adlı beynəlxalq elmi işgüzar tədbirə tərcümə sahəsində fəaliyyət göstərən yerli və xarici bir çox ekspert, professorlar, təhsil sahəsində çalışan görkəmli şəxslər, səfirlik nümayəndənləri qatılıb.

İlk öncə Qafqaz Universiteti Tərcümə bölmə rəhbəri Nərminə Əliyeva tədbirə qatılanlara təşrif buyurduqları üçün təşəkkür edərək Qafqaz Universitetində tərcümə ixtisasına verilən önəmdən bəhs edib. Tədbirin moderatoru Qafqaz Universiteti Pedaqoji fakültənin Tərcümə bölməsi müəllimi Polad Poladov qonaqları salamlayaraq, forumu açıq elan edib.

Qafqaz Universiteti prorektoru, elmlər doktoru, professor Niftalı Qocayev universitetdə bu kimi formların təşkil olunmasının əhəmiyyətindən və təhsilə dövlət dəstəyinin təqdirəlayiq olmasından danışıb.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud "Tərcümə tədrisinin təkmilləşdirilməsi" mövzusunda çıxış edib. A. Məsud tərcümə ixtisasının tədrisində mövcud problemlər, bu problemlərin mümkün həll yolları Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti barədə danışıb.

Daha sonra Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsinin icra edən, professor Dünyamin Yunusov tərcümənin tədrisində beynəlxalq təcrübənin önəmindən bəhs edərək Azərbaycan Dillər Universitetinin bu sahədə gördüyü işləri vurğulayıb. Professor qeyd edib ki, forumun müzakirəsinə çıxarılan məsələlərin inkişaf etməkdə olan ölkəmiz üçün olduqca əhəmiyyətli olduğunu və Qafqaz Universitetinin bu istiqamətdə olduqca düzgün siyasət yeritdiyini vurğulayıb. Dil və peşə hazırlığı arasında sərhədlərin müəyyən edilməməsini və digər ölkələrin bu sahədə təcrübəsinin öyrənilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Ardınca "British Council Azərbaijan"ın direktoru Elizabet Uayt çıxış edərək dəvət üçün təşəkkür etdi və bu sahənin inkişafına "British Council Azərbaijan" olaraq töhfə verməyə haır olduqlarını dilə gətirib. Birləşmiş Krallıqdan olan "British Council" mütəxəssisi, eyni zamanda ingilis-xorvat dilləri üzrə tərcüməçi Stefen Hindlaf "Tərcümələrin oxunaqlılığının təkmilləşdirilməsi" mövzusunda əhatəli çıxışında ingilis dilində mətn nizamlayıcısından, müşahidələrdən xəbər verərək oxunaqlılığa təsir edən amillər, daha səmərəli tərcümə metodları barədə məlumat verib.

Forumun ikinci hissəsində ADU-nun İngilis dilinin tərcüməsi kafedrasının dosenti, şair, Şekspirin əsərlərini Azərbaycan dilinə məharətlə tərcümə edən Sabir Mustafa ingilis dilinin yalnız bir dil kimi deyil, həm də bədii ifadə vasitəsi, ədəbiyyat dili kimi mövcudluğunu vurğulayıb. Daha sonra "İctimai-fəlsəfi tarixi fikirlər" kitabının tərcüməçisi və redaktoru, Azərbaycan Jurnalistlər birliyinin və Yazıçılar birliyinin üzvü Qardaşxan Əzizxanlı “Fəlsəfi Mətnlərin Tərcüməsi” mövzusunda maraqlı fikirlər səsləndirdi. Alman dilində yazılan şeirlərin mahir tərcüməçisi, eləcə də alman dilində şeirlər yazan, ADU Alman dilinin tərcüməsi kafedrasının müəllimi Yusif Savalan çıxış edərək alman dilində bədii tərcümə barədə önəmli nüansları söyləyib.

Qeyd edək ki, hər ki hissənin sonunda diskussiya keçirilib və auditoriya öz suallarını Rəyasət Heyəti üzvlərinə ünvanlamaq imkanı əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR