Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 28 aprel 2016 09:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 73 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, ev əşyaları 5 kv.m sahədə və eyvana yığılmış əşyalar 2 kv.m sahədə yanıb. Yüksək temperaturdan otağın divarları və qapısı 28 kv.m. sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR