Daxili Qoşunların Komandanı Belarus səfirini qəbul edib

Daxili Qoşunların Komandanı Belarus səfirini qəbul edib
# 31 mart 2016 10:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Belarusun Azərbaycandakı səfiri Gennadi Vladimiroviç Axramoviçi qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı səmimi salamlayan Ş. Məmmədov Azərbaycan və Belarus arasında tarixi dostluq münasibətlərinin mövcudluğundan danışaraq, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son dövrlərdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasını yüksək qiymətləndirib.

O, hər iki qurumun komandanlarının rəhbərliyi ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini xüsusilə qeyd edərək, görüşlər zamanı hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılmasını bildirib. Daxili Qoşunlar Komandanı iki qurum arasında mövcud olan qarşılıqlı təcrübə mübadiləsinin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfələr verəcəyini qeyd edib.

Səfir G.V.Axramoviç iki ölkənin müvafiq qurumları arasında faydalı əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. O, qarşılıqlı əməkdaşlıq münasibətlərinin davam etdirilməsinin vacibliyini ifadə edərək, təcrübə mübadiləsinin genişləndirilməsi ilə bir çox sahələrdə müsbət nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR