Almaniya terror təhlükəsi ilə əlaqədar Türkiyədəki diplomatik missiyalarını bağlayıb

Almaniya terror təhlükəsi ilə əlaqədar Türkiyədəki diplomatik missiyalarını bağlayıb
# 17 mart 2016 10:42 (UTC +04:00)

Bakı-APA. Almaniya Xarici İşlər Nazirliyi (XİN) təhlükəsizlik səbəbi ilə Ankaradakı Səfirliyin, İstanbuldakı Kaş konsulluğun və İstanbuldakı Alman liseyinin bağlandığını açıqlayıb.

APA-nın «Reuters»ə istinadən verdiyi məlumata görə, Almaniya XİN-in yaydığı bəyanatda bunun təhlükəsizlik tədbirləri ilə əlaqədar edildiyi bildirilir. Məlumat bu gün yayılıb. Hələlik İstanbulun Taksim meydanındakı konsulluq binasında və Beyoğlu rayonundakı liseydə bununla bağlı heç bir elan yerləşdirilməyib. Yalnız Ankaradakı Səfirliyin binasında bu gün işləmədiyinə dair xəbərdarlıq asılıb.

Alman liseyinin internet səhifəsində baş konsulluğun xəbərdarlığı əsasında qeyri-müəyyən müddətə tətilə çıxıldığı barədə xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR