Neft yatağındakı yanğının söndürülməsi üçün xaricdən yanğınsöndürmə üzrə mütəxəssis dəvət edilməyib

Neft yatağındakı yanğının söndürülməsi üçün xaricdən yanğınsöndürmə üzrə mütəxəssis dəvət edilməyib
# 08 dekabr 2015 21:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi üçün xaricdən yanğınsöndürmə üzrə mütəxəssis dəvət edilməyib.

Azərbaycanın yanğının söndürülməsi üçün kifayət qədər texniki imkanları, ekspert və canlı qüvvəsi var

FHN-dən APA-ya bildirilib ki, xaricdən dəvət olunmuş şəxslər yanğınsöndürmə üzrə mütəxəssis deyillər.

FHN-dən o da bildirib ki, Azərbaycanın yanğının söndürülməsi üçün kifayət qədər texniki imkanları, ekspert və canlı qüvvəsi var.

APA-nın əldə etdiyi məlumata görə, ABŞ-dan dəvət olunmuş iki mütəxəssisquyudakı axıntı və sızıntıların qarşısını almaq və hazırkı vəziyyəti təhlil etmək üçün dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR