Naxçıvanda ÜDM-in 87%-i özəl sektorun payına düşür

Naxçıvanda ÜDM-in 87%-i özəl sektorun payına düşür
# 28 yanvar 2016 07:23 (UTC +04:00)

Bakı - APA-Economics. "Naxçıvanda özəl sektor çoxşaxəlidir və onun iqtisadiyyatdakı çəkisi davamlı olaraq artır". "APA-Economics"in xəbərinə görə, bu barədə "Cahan Holdinq" kommersiya şirkətləri ittifaqının direktoru Vüqar Abbasov bildirib.

Onun sözlərinə görə, Naxçıvanda özəl sektorun ümumi daxili məhsuldakı payı artıq 87%-ə çatıb: "Məhz bunun nəticəsində bu gün muxtar respublikada yaradılmış yeni istehsal müəssisələri əhalinin istehlak tələbatının ödənilməsi ilə yanaşı, ixrac potensialının genişləndirilməsinə də imkan verir".

V. Abbasov bildirib ki, bu gün holdinq 1 455 nəfəri işlə təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR