Olland: “Fransa Salah Abdeslamın ekstradisiyasını tələb edəcək”

Olland: “Fransa Salah Abdeslamın ekstradisiyasını tələb edəcək”
# 18 mart 2016 21:44 (UTC +04:00)

Bakı-APA. Rəsmi Paris Belçikada həbs edilən Salah Abdeslamın tezliklə Fransaya ekstradisiya olunmasını tələb edəcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.

Martın 18-də Belçikanın Molenbek şəhərində Parisdə törədilən terror aktlarında əsas şübhəli bilinən Salah Abdeslam həbs edilib. O, həyata keçirilən irimiqyaslı terrora qarşı əməliyyat nəticəsində yaxalanıb. Molenbekdə terrorçu ilə əlbir olan daha beş nəfərin saxlanıldığı bildirilir.

Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR