Daha bir xidmətə görə dövlət rüsumu alınacaq

Daha bir xidmətə görə dövlət rüsumu alınacaq
# 30 sentyabr 2016 14:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.

"APA-Economics" xəbər verir ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda akvakultura (su hövzəsində heyvanların artırılması, onlara nəzarət və qulluq edilməsi) subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu alınacaq. Belə ki, qanuna əlavə edilən 18.69-cu maddəyə əsasən akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat məbləğində dövlət rüsumu alınacaq.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi “Balıqçılıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2014-cü il 27 iyun tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.

Sonda qanun layihəsi səs qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR