Nyu-Yorkda “altılıq” ölkələri və İran arasında görüş keçiriləcək

Nyu-Yorkda “altılıq” ölkələri və İran arasında görüş keçiriləcək
# 14 sentyabr 2016 21:51 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində “altılıq” ölkələri və İran arasında görüş keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər ötən ilin iyulunda İranın nüvə proqramına dair əldə olunmuş razılaşma və İrana qarşı sanksiyaların aradan qaldırılması ətrafında müzakirələr aparacaqlar.

Məlumata əsasən, İran tərəfi bank sahəsində tətbiq olunan sanksiyaların tam aradan qaldırılmadığını gündəmə gətirmək niyyətindədir.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası 13-26 sentyabrda Nyu-yorkda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR