İlhamə Quliyevanın həbsdə olan köməkçisinin apellyasiya şikayəti təmin edilməyib

İlhamə Quliyevanın həbsdə olan köməkçisinin apellyasiya şikayəti təmin edilməyib
# 17 fevral 2016 12:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın apellyasiya şikayətinə baxılıb.

Vəkil Vasif Mirzəyev APA-ya bildirib ki, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, fevralın 13-də Səbail rayon Məhkəməsinin qərarı ilə Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR