İsrail polisi: Tel-Əvivdə terror aktını iki fələstinli törədib

İsrail polisi: Tel-Əvivdə terror aktını iki fələstinli törədib
# 09 iyun 2016 00:48 (UTC +04:00)

Bakı-APA. Tel-Əvivdə törədilən terror aktı iki fələstinli tərəfindən törədilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail polisinin mətbuat katibi Miki Rozenfeld bəyan edib.

“Tel-Əvivdə baş verən terror hücumu ilə bağlı araşdırma davam edir. Terror aktını törədən iki fələstinli güc strukturları tərəfindən yaxalanıb”, deyə M.Rozenfeld bildirib.

Fələstinin “Maan” agentliyi tutulanların İordan çayının qərb sahilində yerləşən Hevron şəhər sakinləri olduğu barədə məlumat yayıb.

İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Tel-Əvivdə ticarət mərkəzində törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR