Natiq Əliyev: “Cənub Qaz Dəhlizi Türkmənistan, İran və İraq qazını da Avropaya çatdıra bilər”

Natiq Əliyev: “Cənub Qaz Dəhlizi Türkmənistan, İran və İraq qazını da Avropaya çatdıra bilər”
# 11 mart 2016 08:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Avropanın enerji təhlükəsizliyi vacibdir. Avropa İttifaqı 10 il əvvəl yeni enerji resursları axtarmağa başladı. “Nabucco” layihəsi iflasa uğradı, ona görə də Avropa Xəzər regionunu Avropaya enerji resursları çatdıracaq bir mənbə kimi gördü”.



APA-nın məlumatına görə, bunu bu gün IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?” mövzusunda paneldə energetika naziri Natiq Əliyev deyib. N. Əliyev bildirib ki, Xəzər regionunda, o cümlədən Azərbaycanda böyük qaz ehtiyatları var: “Azərbaycanın 2,5 trilyon kubmetr qaz ehtiyatı var. Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu nəhəng layihədir. Bu layihə ilə bağlı indiyə qədər Xəzər regionunda istifadə edilməyən texnologiyalardan istifadə ediləcək. Meşələrdən, mürəkkəb ərazilərdən keçəcək kəmər çəkiləcək. Bu kəmər Gürcüstan, Türkiyə, Albaniya və digər ölkələrdən, dağlıq ərazilərdən və dənizdən keçəcək, sonda İtaliyaya çatacaq. Cənub Qaz Dəhlizi gələcəkdə Türkmənistan, İran və İraq qazını da Avropaya çatdıra bilər. Bu, Avropa üçün yeni mənbə olacaq, ona görə də Avropa üçün böyük əhəmiyyət daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR