Bərdədə narkotik vasitə becərən şəxs tutulub

Bərdədə narkotik vasitə becərən şəxs tutulub
# 18 iyun 2016 11:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bərdə rayonunda narkotik vasitə becərən şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Güloğlular kəndi ərazisində Bəhruz Ağayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfata baxış zamanı 219 qram marixuana aşkar edilərək götürülüb.

B. Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR