Azərbaycanda I qrup əlillərin ali təhsil haqqı ödənişindən azad edilməsi gözlənilir

Azərbaycanda I qrup əlillərin ali təhsil haqqı ödənişindən azad edilməsi gözlənilir
# 16 sentyabr 2016 11:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda I qrup əlillərin ali təhsil haqqının ödənişindən azad edilməsi gözlənilir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli bildirib.

O qeyd edib ki, bu məsələyə yaxın zamanlarda parlament aparatının qanunvericilik şöbəsində baxılacaq: “Əvvəlcə bunun maliyyə tutumunu hesablayacağıq. İl ərzində təxminən 20-25 nəfər I qrup əlil ödənişli əsaslarla ali məktəblərə qəbul olunur. Ona görə də onların ödənişlərdən azad edilməsi mümkündür”.

İclasda həmçinin ötən həftə Elm və təhsil komitəsində müzakirəyə çıxarılan valideynlərini itirənlərin və şəhidin ailə üzvlərinin təhsil haqqından azad olunması məsələsinə də baxılaraq MM-in plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR