Manat avroya qarşı möhkəmlənib

Manat avroya qarşı möhkəmlənib
# 11 dekabr 2015 06:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün dekabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 11-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 10-u ilə müqayisədə 0,0003 manat və ya 0,03% artaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası dünənki kəskin artımdan sonra bu gün 0,0069 manat və ya 0,6% ucuzlaşaraq 1,1478 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,66% artaraq 0,0152 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR