Yığmamızın voleybolçusu Türkiyə klubu ilə müqavilə bağladı

Yığmamızın voleybolçusu Türkiyə klubu ilə müqavilə bağladı
# 19 avqust 2016 13:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının voleybolçusu Vüqar Bayramov karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı 4-cü zona oyunçusu “Solhan”la anlaşıb.

195 sm boya malik Bayramov 1 illik müqaviləyə imza atıb. O, II liqada oynayan “Solhan”adək Türkiyədə “Palandökən Bələdiyyəsi”ndə də forma geyinib. Voleybolçumuz həmçinin İran, Polşa və Misirdə də legioner həyatı yaşayıb.

Qeyd edək ki, Bayramovun həyat yoldaşı olan Odina Bayramova da yeni mövsümdən Türkiyə Superliqasında oynayacaq. Yığmamızın şərəfini qoruyan voleybolçu “Halkbank”ın formasını geyinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR