Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 May
# 27 may 2016 18:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

“G-7” toplantısının yekun sənədinin ən önəmli məqamı Qərb ölkələrinin Ukraynaya tam sahib çıxmasıdır. “Böyük yeddilik” Ukraynanın ərazi bütövlüyü məsələsindən vaz keçməyəcəklərini, münaqişənin sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinin vacibliyini vurğulayıblar. Və bir daha bəyan edilib ki, Minsk razılaşmalarına əməl olunmayınca, Rusiyaya qarşı sanksiyalar davam edəcək. Sənədin Ukraynaya dair hissəsində digər mühüm məqam Krımın ilhaqı məsələsinin ön plana çəkilməsidir. Son dövrlər özəlliklə Rusiya Donbas məsələsini, burada özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi məsələsini ön plana çəkməklə Krımın ilhaqını arxa plana keçirməyə, sanki unutdurmağa çalışır. “Böyük yeddiliyin” imzaladığı sənəd isə göstərdi ki, Ukrayna-Rusiya münasibətlərinin onurğa sütunu Krım məsələsidir. “G-7” toplantısının iştirakçıları İranın ballistik raket proqramından başlayaraq miqrasiya problemlərinə, Beynəlxalq Valyuta Fondunda və BMT-də islahatlar məsələsinə kimi dünyanın gündəmini əhatə ediblər. Amma “yeddilər” günümüzün toxunulması vacib olan ən az üç məsələsinin üzərindən sükutla keçiblər. Bunlar neftin qiymətinin ucuzlaşmasının dünya iqtisadiyyatına təsiri, NATO-nun Şərqə doğru genişlənməsi və Yaxın Şərq regionunda müttəfiqlərə dəstə məsələləridir. Təbii ki, bu kimi önəmli məsələlər unudula bilməz, görünür, “Böyük yeddilik” sırf öz maraqları çərçivəsində gedən proseslərə toxunmağı, bununla onları yenidən gündəmə gətirməyi istəmir...

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR