Dövlət büdcəsindən iqtisadi fəaliyyət xərcləri üçün ayrılacaq vəsaitin həcmi dəyişib

Dövlət büdcəsindən iqtisadi fəaliyyət xərcləri üçün ayrılacaq vəsaitin həcmi dəyişib
# 18 fevral 2016 13:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı il üçün iqtisadi fəaliyyət xərcləri 106 mln. manat və ya 41,7% artırılır.

"APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində əksini tapıb.

Qanun layihəsində bu il üçün iqtisadi fəaliyyət xərcləri 360 mln. manat nəzərdə tutulub. Qeyd edək ki, 2016-cı ilin təsdiqlənmiş büdcəsində iqtisadi fəaliyyət xərcləri 254 mln. manat proqnozlaşdırılıb.

Sənədə əsasən, iqtisadi və kommersiya fəaliyyətinə 186 mln. manat, sahibkarlığa dəstək üçün 136 mln. manat, ipotekaya dəstək üçün 50 mln. manat, iqtisadi fəaliyyətin digər sahələrinin maliyyələşməsi üçün isə 174 mln. manat vəsait yönəldiləcək.

2016-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə dəyişikliklərlə bağlı qanun layihəsində

iqtisadi və kommersiya fəaliyyəti ilə bağlı xərclər 70 mln. manat, sahibkarlığa dəstək 70 mln. manat, iqtisadi fəaliyyətin digər sahələri üçün isə 36 mln. manat artırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR