Lebedev: “Cənubi Qafqazda sülh və rifahın olmasını ürəkdən istəyirik”

Lebedev: “Cənubi Qafqazda sülh və rifahın olmasını ürəkdən istəyirik”
# 19 aprel 2016 12:19 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “MDB ölkələri Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə tənzimlənməsinə və regionda hərbi əməliyyatların bərpasının qarşısını almağa tərəfdardır”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Serqey Lebedev deyib. O bildirib ki, Dağlıq Qarabağda vəziyyət, Ermənistan-Azərbaycan münasibətləri birliyin bütün üzv dövlətlərini narahat edir.

S. Lebedev qeyd edib ki, MDB Dağlıq Qarabağ regionunda gərginliyin aradan qaldırılması və iki qonşu dövlət - Ermənistan və Azərbaycan arasında kompromisin əldə olunacağına ümid edir: “Ümidvarıq ki, bu istəklər nəzərə alınacaq, MDB və Minsk Qrupu ölkələrinin kollektiv səyləri pozitiv həllə gətirib çıxaracaq. Cənubi Qafqazda sülh və rifahın olmasını ürəkdən istəyirik”..

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR