Bakıda qadını bıçaqlayan şəxslər tutulub

Bakıda qadını bıçaqlayan şəxslər tutulub
# 05 noyabr 2015 07:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzilə basqın edərək qadını bıçaqlayan şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 3-də Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadə tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR