ATƏT-in MQ həmsədrləri Xankəndidə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çağırıblar

ATƏT-in MQ həmsədrləri Xankəndidə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çağırıblar
# 07 aprel 2016 19:07 (UTC +04:00)

Bakı-APA. Ermənistanın işğalı altında olan Azərbaycanın Xankəndi şəhərində səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri separatçı rejimin nümayəndələri ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini qeyd ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə həmsədrlər Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) iştirak ediblər.

“Həmsədrlər münaqişənin dinc yolla həllinin zəruriliyini bir daha təsdiq edərək, bu istiqamətdə gələcək addımların perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR