OPEC: yeni addımlar hasilatın dondurulmasından sonra müzakirəyə çıxarılacaq

OPEC: yeni addımlar hasilatın dondurulmasından sonra müzakirəyə çıxarılacaq
# 22 fevral 2016 23:46 (UTC +04:00)

Bakı-APA. Neft bazarında vəziyyətin sabitləşməsinə dair yeni addımlar hasilatın dondurulmasından 3-4 ay sonra müzakirəyə çıxarılacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu OPEC-in baş katibi Abdulla Əl-Bədri bəyan edib.

“Neft istehsal edən ölkələr tərəfindən neft hasilatının dondurulması ilk addımdır. Əgər bu alınsa, yaxın gələcəkdə digər addımlar da atılacaq. Gəlin hələ ki, sadəcə hasilatı donduraq, 3-4 ay ərzində razılaşdığımız qərarlara əməl edək, sonra baxarıq”, deyə Əl-Bədri bildirib.

Qeyd edək ki, hazırda OPEC ABŞ istisna olmaqla kartelə daxil olan neft istehsal edən ölkələrdə hasilatın yanvar ayı səviyyəsində dondurulmasına dair danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR