Sentyabrda DGK xətti ilə dövlət büdcəsinə 100 mln. manatdan artıq vəsait daxil olub

Sentyabrda DGK xətti ilə dövlət büdcəsinə 100 mln. manatdan artıq vəsait daxil olub
# 16 oktyabr 2015 11:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 100 mln. 299,03 min manat həcmində vergi daxil olub.

"APA-Economics"in DGK-ya istinadən verdiyi məlumata görə, bu göstərici 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,9% və ya 33 mln. 257,35 min manat azdır.

Cari ilin avqust ayı ilə müqayisədə isə daxilolmalar 14,28% və ya 16 mln. 709,4 min manat azdır.

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 19 mln. 289,82 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 72 mln. 550,38 min manat, aksizlər üzrə 6 mln. 809,59 min manat, yol vergisi üzrə isə 1 mln. 649,24 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR