Pentaqon: ABŞ və Rusiya Suriyada təyyarələr arasında təhlükəsiz məsafəyə dair razılığa gəliblər

Pentaqon: ABŞ və Rusiya Suriyada təyyarələr arasında təhlükəsiz məsafəyə dair razılığa gəliblər
# 20 oktyabr 2015 23:25 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinə dair memorandumu şərh edərkən Pentaqonun nümayəndəsi Piter Kyk bildirib.

Məlumata görə, Kuk söhbətin hansı məsafədən getdiyi barədə açıqlama vermək istəməyib. Pilotların bir-birinə yaxınlaşacağı təqdirdə ünsiyyətin hansı formada təşkil olunacağı ilə bağlı suala Piter Kukun cavabı belə olub: “Bu protokolların tətbiq olunmaması üçün onlar bir-birinə çoxda yaxınlaşmamalıdır”.

Kukun sözlərinə görə, Rusiya tərəfinin sorğusu əsasında memorandumun mətni açıqlanmayacaq.

“Müvafiq sorğu verilib, mən bunun səbəbini bilmirəm”, deyə Pentaqon rəsmisi bildirib.

Qeyd edək ki, bundan əvvəl verilən xəbərə əsasən, Rusiyanın Müdafiə Nazirliyinə ABŞ hərbçilərindən Suriyanın hava məkanında insidentlərin qarşısının alınmasına dair razılaşdırılmış memorandum daxil olub. ABŞ tərəfi razılaşdırılmış qaydalar barədə Suriya ərazisindəki əməliyyatlarda iştirak edən bütün tərəfdaşlarını məlumatlandıracağını vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR