Mətbuat Şurası: Saat 12:00-dək “qaynar xətt”ə jurnalistlər tərəfindən müraciət daxil olmayıb

Mətbuat Şurası: Saat 12:00-dək “qaynar xətt”ə jurnalistlər tərəfindən müraciət daxil olmayıb
# 26 sentyabr 2016 10:29 (UTC +04:00)

Bakı-APA. Saat 12:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.

Qeyd edək ki, Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR