Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək
# 16 sentyabr 2016 15:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda Azərbaycan-İran biznes forumu baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 19-21-də Bakıda keçiriləcək “İran Project-2016” sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azpromo və Pars Pegah Tejarat Beynəlxalq Ticarət Şirkətinin təşkilatçılığı ilə 20 sentyabr tarixində Azərbaycan-İran biznes forumu keçiriləcək.

Sentyabrın 20-də baş tutacaq biznes foruma neft-qaz, kimya, inşaat, energetika, su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri, turizm, kənd təsərrüfatı, logistika, əczaçılıq, avtomobil istehsalı və digər sahələrdə fəaliyyət göstərən 50-dən artıq İran şirkətinin qatılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR