"Azər Türk Bank" filial şəbəkəsini genişləndirir

"Azər Türk Bank" filial şəbəkəsini genişləndirir
# 01 avqust 2016 15:21 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün "Azər Türk Bank" ASC-nin "Şirvan" filialının açılışı mərasimi keçirilib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 33 ünvanında yerləşən filial bankın inkişaf konsepsiyasına uyğun olaraq qurulub və müasir bankçılıq texnologiyaları ilə təchiz edilib. Şirvan şəhərinin, eləcə də ətraf bölgələrin sakinləri həftə içi hər gün saat 09.30-dan 17.00-a qədər "Azər Türk Bank" ASC-nin "Şirvan" filialına gəlməklə yüksək keyfiyyətli bank xidmətlərindən yaralana bilərlər. Burada korporativ və fərdi müştərilərə depozitlər, müxtəlif növ kredit məhsulları, kassa hesablaşma əməliyyatları, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətlər təklif olunur.

Qeyd edək ki, bu, bankın sayca səkkizinci xidmət ofisidir. 2015-ci ildə bankın Bakı şəhərində “Yasamal” filialı və 5 saylı ASAN Xidmət Mərkəzində 1 saylı şöbəsi yaradılıb. Eyni zamanda “Bakı”, “Mərkəz” və “Gəncə” filiallarının müasir standartlara uyğun qurulmuş yeni ofislərinin açılışı olub.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR