Bakıda Monteneqronun yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

Bakıda Monteneqronun yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 may 2016 09:36 (UTC +04:00)

Bakı – APA. Monteneqro Respublikasının yaranmasının 10 illiyi ilə bağlı Bakıda tədbir keçirilib.

APA-nın məlumatına görə, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev tədbirdə çıxış edərək bildirib ki, bu ölkə 2006-cı ilin 21 mayında müstəqillik əldə edib. Bu illər ərzində bir çox uğura imza atan Monteneqro bu il mayın 16-da NATO üzvlüyünə qəbul olunub.

Konsul Monteneqro ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb. Onun sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlər 2008-ci ildən qurulub. 2012-ci ildə Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyi açılıb. Monteneqronun Azərbaycandakı fəxri konsulluğu isə 2013-cü ilin noyabrında fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında geniş siyasi, iqtisadi, mədəni və təhsil əlaqələri mövcuddur. Bu ölkənin prezidenti Filip Vujanoviç 2011-ci ildə ilk dəfə Azərbaycana səfər edib. Bundan 2 il sonra isə Azərbaycan prezidenti İlham Əliyev Monteneqroda rəsmi səfərdə olub.

Azərbaycan parlamentinin sədri Oqtay Əsədov bayram tədbirlərində iştirak etmək üçün Monteneqro prezidenti Filip Vujanoviçin dəvəti ilə Monteneqroya səfər edib. Vüqar Əliyev onu da qeyd edib ki, iki ölkə arasında turizm əlaqələri də sürətlə inkişaf edir. 2013-cü ildən başlayaraq yay mövsümündə Azərbaycandan Monteneqroya birbaşa uçuşlar həyata keçirilir. Son üç ildə 12 500-dən artıq azərbaycanlı turist Monteneqroda olub. Hazırda Monteneqro dövləti Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edir.

Sonda Monteneqronun yaranmasının 10 illiyi münasibətilə tort kəsilib.

Qeyd edək ki, Monteneqro cənub-şərqi Avropada yerləşir. Paytaxtı Podqoritsa şəhəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR